Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi:"Sağ olsun, İlham Əliyev qardaşım, çox-çox önəmli şəxsi bizə təslim etdi"

587 4-02-2019, 12:38 cemiyyet

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi:"Sağ olsun, İlham Əliyev qardaşım, çox-çox önəmli şəxsi bizə təslim etdi"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən TRT telekanalına verdiyi müsahibədə “Fəthullahçı terror təşkilatı-FETÖ” ilə aparılan mübarizə barədə danışıb. Ərdoğan deyib ki, terrorçubaşının Pensilvaniyadan Türkiyəyə gətirilməsi üçün ABŞ tərəfinə dəfələrlə müraciət edilib. Və nəhayət FTB müəyyən araşdırmalara başlayıb. “Təmənnam budur ki, FTB-nin araşdırmaları nəticəsində artıq bu məsələ ilə bağlı qərar veriləcək. Amma FETÖ terror təşkilatının Konqresə qədər uzanan ayaqları var”-Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, amerikalı həmkarı Donald Trampla bundan sonrakı görüşlərində də Fəthullah Gülənin təhvil verilməsi məsələsini qaldıracaq:
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi:"Sağ olsun, İlham Əliyev qardaşım, çox-çox önəmli şəxsi bizə təslim etdi"
“Məsələn, dünyadakı bir çox ölkə artıq bunların lider statusundakı şəxslərini bizə təslim etməyə başladılar. Ən son Azərbaycandan yenə çox-çox önəmli şəxsi bizə sağ olsun İlham Əliyev qardaşım, təslim etdi. Daha əvvəl verilənləri də vardı. Eyni şəkildə Kosovodan yeddi dənəsi alındı. Təsəvvür edə bilirsinizmi, bunlar oralarda hökumətləri devirəcək hala gəlmişdi”-Ərdoğan bildirib.
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi:"Sağ olsun, İlham Əliyev qardaşım, çox-çox önəmli şəxsi bizə təslim etdi"
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E. adlı Türkiyə vətəndaşı saxlanılıb. Həmin şəxs Türkiyəyə təhvil verilib. Türkiyə tərəfi onu FETÖ üzvü kimi axtarışa vermişdi. Ötən ilin dekabrında isə Bakıda fəthullahçı müəllim Mehmet Gelen həbs edilmişdi və MİT-in əməliyyat qrupuna təhvil verilmişdi. Ərdoğanın “çox-çox önəmli FETÖ-çü” dedikdə onlardan hansını nəzərdə tutduğu məlum deyil. (virtualaz.org)

XƏBƏR LENTİ