Azərbaycan gəncinə "Cumhuriyyət-100" medalı təqdim olundu.
2 fevral Ümumu Respublika Gənclər günü münasibəti ilə keçirilən tədbirdə 2018-ci illin yekunları üzrə fərqlənən və xüsusi uğurlar qazanmış gənclər ölkə başçısı tərəfindən şəxsən təltif olunmuşdur. Belə gənclərdən biri, böyük uğurlara imza atan Azər Aslanovdur.
Azər Aslanov kinqboks üzrə dəfələrlə dünya çempionu, Əməkdar idman ustası, Fəxri bədən tərbiyə idman ustasıdır. Bu perspektivli və işgüzar gənc hazırda Vergilər Nazirliyinin əməkdaşıdır. Azər Aslanov ölkə qarşısında xidmətlərinə görə cənab Prezdent tərəfindən " Prezdentin Fəxri diplomu" ilə mükafatlandırılmışdır.
Azər Aslanov tarixə böyük maraq göstərən gənclərdəndir. İndiyə kimi onun çoxlu sayda tarixi analiz və məqalələri müxtəlif mətbu organlarda dərc edilmişdir. Onun araşdırmalarında müstəqillik, cümhuriyyət sevinci, vətənə olan sevgi bütün varlığı ilə əks olunmuşdur.
Azər Aslanov həmdə çox təvazökar insandır. O uğurları haqqında bildirir ki: “ Müstəqil Azərbaycana hər kəs bacardığı işlərlə dəstək verməlidir.”
Ölkəmizdə hər kəsin xidmətləri diqqətdən kənarda qalmır, vaxtı gəldikcə dəyərləndirilir.
"Dövlət və Qanun" qəzeti Azər Aslanov fəaliyyətini araşdırmış, onun dövlət qarşısında xidmətlərinə görə "MİLİ ORDU -100" cümhuriyyət medalını ilə təltif etmişdir.
Bu gün Hüquq eksperti İsmayıl Zalov və "Dövlət və Qanun" qəzetinin baş redaktoru, Beynəlxalq Sülh Səfiri, Yasəmən Möhübbətqızı Azər Aslanova "MİLİ ORDU -100" cümhuriyyət medalını təqdim etmişlər.
Qeyd edək ki, fevralın doqquzndə Azər Aslanovun həmdə doğum günüdür. Bizdə xeberdar.net xəbər portalı olaraq bu təbriklərə qoşuluruq və ona gələcək işlərində uğurlar arzulayırıq.