Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi “Facebook”da canlı yayıma çıxacaq –Vətəndaşların suallarını cavablandıracaq

624 12-02-2019, 11:19 cemiyyet

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi “Facebook”da canlı yayıma çıxacaq –Vətəndaşların suallarını cavablandıracaqKorrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov sabah sosial şəbəkədə canlı yayımla sualları cavablandıracaq.

Xeberdar.net bildirir ki, bu barədə K. Cəfərov öz səhifəsində yazıb: “13 fevral tarixində saat 19.30-da “Facebook”-da canlı yayım vasitəsilə son zamanlar KİV-də vətəndaşların və xüsusilə bu sahədə ekspertlərin marağına səbəb olan – “2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın reytinqi ilə bağlı baş vermiş dəyişikliklərin əsl səbəblərindən danışacağam.

Eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyəti və bu sahə üzrə sizləri maraqlandıran sualları cavablandıracağam”.

XƏBƏR LENTİ