Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxs tutuldu – FOTO

512 12-02-2019, 13:59 cemiyyet

Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxs tutuldu – FOTOYanvarın 31-də Rusiyanın Arxangelsk şəhərində güllənən azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlunun qatilinin kimliyi və qətlin səbəbi müəyyənləşib.

Report xəbər verir ki, azərbaycanlı iş adamını güllələyərək öldürən şəxs qismində saxlanılan Belarus Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Tarasau Ruslandır.

O, saxlanıldığı Arxanegls şəhəri Plesetsk rayonu polisinə günahını etiraf edib. Azərbaycanlı iş adamının rayon ərazisindəki torpaq bölgüsü üstündə yaranan mübahisəyə görə sifariş əsasında öldürüldüyü etiraf olunsa da sifarişçinin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.

Qeyd edək ki, yanvarın 31-də gecə saatlarında Ruslan Hüseynov aldığı beş güllə yarasından yerindəcə həyatını itirib. Onun nəşi Azərbaycana gətirlərək doğulduğu rayonda dəfn olunub.
Rusiyada azərbaycanlı biznesmeni öldürən şəxs tutuldu – FOTO

XƏBƏR LENTİ