Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb? (FOTO)

Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb?  (FOTO)Mingəçevir şəhərinin 80 yaşlı sakini Allahverdi Əliyev evində saxladığı nəhəng sümük parçasının dinozavra aid olduğunu iddia edir. O, 15 kiloqrama yaxın çəkisi, fərqli görünüşü olan sümüyün nəsli kəsilmiş canlıya məxsus olduğu qənaətindədir.

Xeberdar.net bildirir ki, A.Əliyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində sümüyün mərhum oğlu tərəfindən Mingəçevir Su Anbarının altında qalan, Samuxun keçmiş Öcək kəndi yaxınlığında tapdığını deyib: “Dədə-baba yurdlarımız su anbarının altda qalıb. Biz də zaman düşdükcə gedib kəndimizi, uzaqdan da olsa, ziyarət edirik”.

“Oğlum bir gün orda bir çobanla rastlaşır, söhbət əsnasında çoban yaxınlıqda böyük heyvan sümüklərinin qalıqlarının olduğunu deyir. Oğlum da bu hissəsini götürüb evə gətirir” – həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, tapılan sümüklə bağlı hər kəs fərqli fikir söyləyir: “Kimi dinozavr sümüyü olduğunu, kimi də mamonta aid olduğunu dedi. Oğlum dəqiqləşdirmək üçün Bakıya laboratoriyaya aparmaq istəyirdi, lakin avtomobil qəzasında erkən dünyasını dəyişdi. Mən də bir xatirə kimi saxladım, heç yerə vermədim”.

Mingəçevir sakini sümüyün tapıldığı ərazinin də hazırda su altında qaldığını bildirib. Qeyd edək ki, alimlər dinozavrların, ümumiyyətlə, Qafqaz ərazisində yaşamasını mümkünsüz hesab edirlər. Buna səbəb kimi isə Qafqaz ərazisinin su altında olmasını göstərirlər.


Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb?  (FOTO)

Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb? (FOTO)

  • 14-02-2019, 13:37
  • 47


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır
  2. “ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” – Sensasion açıqlamalar
  3. Əhməd Əhmədzadə milyonları necə daşıyıb? - İTTİHAM
  4. İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi/VİDEO FOTO
  5. Canlı əfsanə İzzət Rüstəmov (İkinci yazı)
  6. Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib –Bayramda əfv sərəncamı gözlənilir
  7. Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb? (FOTO)
  8. Vahid Mustafayev ANS-in açılmasından danışdı – “Yayıma tam hazırıq”
  9. Akim Bədəlovun Cinayət Tarixçəsi, Şəhid Qızının Yerdə Qalan Naləsi…..ŞİKAYƏT
  10. RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA QAYITDI –Bir cənub şəhərində dostlarla qeyd edilən 80 illik yubiley (FOTOLAR)
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
MARAQLI