Vahid Ələkbərov:“Neftin taleyi İran ətrafında vəziyyətin necə olmasından asılı olacaq”

Vahid Ələkbərov:“Neftin taleyi İran ətrafında vəziyyətin necə olmasından asılı olacaq”“OPEC+ razılaşmasının sonrakı taleyi aprel ayından sonra, İrana qarşı sanksiyalarla bağlı vəziyyət aydınlaşandan sonra məlum olacaq”.

“Sputnik Azərbaycan” Rusiya KİV-nə xəbər verir ki, bunu Soçidə keçirilən Rusiya İnvestisiya forumunun kuluarlarında “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov bildirib. “Hər şey apreldə İran ətrafında vəziyyətin necə olmasından asılı olacaq. Bu, sanksiyaların nə qədər güclü olmasından asılı olacaq”, – deyə Ələkbərov qeyd edib.

OPEC və təşkilata üzv olmayan digər ölkələr ötən ilin dekabrında 2018-ci ilin oktyabrında olan göstəricidən gündəlik neft hasilatını 1,2 milyon barel həcmində azaltmağa dair qərar qəbul edib. Bu razılaşmaya əsasən, OPEC-ə üzv 11 ölkə gündə neft hasilatını 812 min barelə -25,94 milyon barel endirməli idi. Bu ilin yanvarında bu ölkələr hasilatı gün ərzində 698 min yəni 26,05 milyon barelə qədər endirib.

Bununla da, OPEC ölkələri yanvar ayında razılaşmanı 86% səviyyəsində edib. Venesuela, Liviya və İran neft hasilatını azaltmaqdan azad edilib.

Qeyd edək ki, İran hazırda ABŞ sanksiyalarının altındadır. Bu sanksiyaların məqsədi İranın neft ixracını sıfıra endirməkdir. OPEC-də olan mənbələrin sözlərinə görə, İranda gün ərzində neft hasilatı 4 min barel yəni 2,75 milyon barelə düşüb. Venesuelada da neft hasilatı 59 min barel azalaraq 1,1 milyon barelə, Liviyada isə gün ərzində 52 min barel azalaraq 895 min barelə düşüb.

Vahid Ələkbərov:“Neftin taleyi İran ətrafında vəziyyətin necə olmasından asılı olacaq”

  • 14-02-2019, 13:38
  • 31


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır
  2. “ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” – Sensasion açıqlamalar
  3. Əhməd Əhmədzadə milyonları necə daşıyıb? - İTTİHAM
  4. İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi/VİDEO FOTO
  5. Canlı əfsanə İzzət Rüstəmov (İkinci yazı)
  6. Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib –Bayramda əfv sərəncamı gözlənilir
  7. Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb? (FOTO)
  8. Vahid Mustafayev ANS-in açılmasından danışdı – “Yayıma tam hazırıq”
  9. Akim Bədəlovun Cinayət Tarixçəsi, Şəhid Qızının Yerdə Qalan Naləsi…..ŞİKAYƏT
  10. RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA QAYITDI –Bir cənub şəhərində dostlarla qeyd edilən 80 illik yubiley (FOTOLAR)
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
MARAQLI