Vüsalə Mahirqızı yeni layihəsindən danışdı- ONA altı dildə yayımlanacaq - VİDEO

726 15-02-2019, 11:42 cemiyyet

Vüsalə Mahirqızı yeni layihəsindən danışdı- ONA altı dildə yayımlanacaq - VİDEOAzərbaycanın əməkdar jurnalisti Vüsalə Mahirqızı yeni layihəsi barədə xəbərləri təsdiqləyib.

Xeberdar.net-in məlumatına görə, keçmiş “APA-Holding”in rəhbəri “Real TV”-yə açıqlamasında yeni xəbər agentliyinin ONA (Online News Agency) adlanacağını bildirib.

Yeni xəbər agentliyi altı (Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni) dildə yayımlanacaq. V.Mahirqızı eyni zamanda Lent.az və Kulis.az portallarının da fəaliyyətini bərpa etməyə hazırlaşdığını qeyd edib.

Agentlik əsasən ötən il fəaliyyətini dayandırmış “APA-Holding”in kollektivi əsasında formalaşdırır.


XƏBƏR LENTİ