Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır

3 353 17-02-2019, 11:38 cemiyyet / gundem

Saytımıza daxil olan məlumatda qeyd olunur ki, “Şəffaf İdarəçilik” İctimai Birliyinin şimal regional birosu Siyəzən rayonunun təhsil müəssisələrində koorpsiya hallarına qarşı monitorinq keçirmişdir.
Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır

“Şəffaf İdarəçilik” İctimai Birliyinin şimal regional birosunun rəhbəri hüqüq müdafiəçisi Amil Hüseynov bildirir ki: “Siyəzən rayonunun mərkəzində,qəsəbə və kəndlərində yerləşən məktəb və liseylərdə korrupsiya və ruşvət faktları üzrə apardığımız monitoringin nəticəsi olaraq ən yaxşı məktəb kimi, Siyəzən rayonunu mərkəzində yerləşən Abıyev Pərvinin rəhbərlik etdiyi 3 saylı orta məktəbi qeyd edə bilərik. Bütün müəllim və şagird heyəti rəhbərlikdən və orta məktəbdə yaradılan şəraitdən, dərs saatlarının düzgün bölünməsindən razılıq ifadə etdi. Valideyinlərlə etdiyimiz söhbətdə məktəb rəhbərliyi və müəllimlərin hər hansı qanunsuz əməlləri və pul tələb etmə hallarının olmaması,ümumilikdə direktor Ağyev Pərvinin rəhbərliyindən çox razı olduqlarını bildirdilər.Kənd məktəbləri üzrə bəzi pozuntu halları aşkarlansa da direktor və müəllim heyəti bu hala görə üzür istəyərək təcili tədbirlər görmüşlər.
Ən pis hal isə Siyəzən rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən 6 saylı liseydə qeydə alınıb. Belə ki, valideyinlər və müəllimlər açıq şəkildə direktorun şağirdlərdən müxtəlif adlarla pul yığılmasını qeyd edirlər.
Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır
Müəllimlərdən hər ay məktəbə gələn qonaqları yola salmaq adı ilə, liseyin direktoru Yeganə Əliyevaya pul yığır. Bu barədə müəllimlər dəfələrlə yuxarı organlara şikayət etsələr də bu pozuntular aradan qaldırılmır. Müəllimlər qeyd edirlər ki, Siyəzən rayon Təhsil İdarəsi onları müdafiə etməkdənsə hər ay gəlib direktordan haqq alırlar. Beləki, Siyəzən rayon Təhsil İdarəsinin inspektoru Vahid Məmmədov, Rəfael Hacıyev və mühasibi aldıqları rüşvət müqavilində müəllimlərin şikayətlərinə baxmır. Əksinə Rəfael Hacıyev bir az da qabağa gedərək qadın müəllimələri hədələmiş və bildirmişdir ki, ehtiaza qalxın, yenidən Siyəzəndə üsyan edin haminizi tutub basdırım içəri.
Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır və onları həbslə hədələyir. Bundan ölkə rəhbərliyi gərək xəbdar olsun. Hərkəsin ailəsi, uşağı var, heç bir məmura əsas verilməyib ki, qadın müəllimələri haqqlı tələblərinə görə həbslə hədələsin.

6 saylı liseyin direktoru Yeganə Əliyevaya məsələnin mahiyyətini biləndən sonra bizimlə söyüşlə danışmağa başladı.
Müəllimlərdən Məhərrəmov Elşən bildirir ki, ali təhsilli müəlliməni xadiməçi kimi işə götürür, istədiyi müəlliməyə dərs saatını artıq yazır,istəmədiyini sıxmağa başlayır. Ümümiyyətlə 6 saylı liseyin 35 müəllimi, onlardan ikisi Azərbaycanın Əməkdar müəllim olmaqla bildirillər ki, 6 saylı liseyin direktoru Yeganə Əliyevayanın diplomu saxtadır və onun davranışı müəllim davranışı deyildir ki, şagırd və müəllimlər ondan ibrət götürsünlər. Direktor deputat Hadı Rəcəbli ilə əlaqələrinin olduğuna güvənərək onun qarşı çıxan hər kəslə aşağılayıcı sözlərlə danışır. Bu barədə kifayət qədər səs yazıları da var.
Məsələ ilə əlaqdar Təhsil Nazirliyinə etdiyimiz zənglər bir nəticə vermədi.
Təhsil Nazirliyinin və yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Cəmil Hacıyev

Xeberdar.net

XƏBƏR LENTİ