ELDAR ƏZİZOV BAŞ DİREKTORU İŞDƏN ÇIXARDI – Şiddətli töhmət vermişdi

691 19-02-2019, 12:38 cemiyyet

ELDAR ƏZİZOV BAŞ DİREKTORU İŞDƏN ÇIXARDI –  Şiddətli töhmət vermişdiBakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov baş direktoru işdən çıxarıb. Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib.

Xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə ay öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət vermişdi.

ELDAR ƏZİZOV BAŞ DİREKTORU İŞDƏN ÇIXARDI –  Şiddətli töhmət vermişdi

XƏBƏR LENTİ