Sabunçuda piyada maşınla vuruldu –Hadisə yerindən qaçan sürücü tutuldu

698 19-02-2019, 13:04 cemiyyet

Sabunçuda piyada maşınla vuruldu –Hadisə yerindən qaçan sürücü tutulduFevralın 15-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.Rəhimovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olub.

​DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalarla Ə.Rəhimovun qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulması məlum olub.

​Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Qəza törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

​Araşdırma aparılır.

XƏBƏR LENTİ