Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat edib – Türkiyədə

672 19-02-2019, 18:07 cemiyyet

Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat edib – TürkiyədəBu gün günorta saatlarında Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə alan istefada olan polkovnik-leytenant Mirzəyev Əliyaz Ələddin oğlu uzun sürən onkoloji xəstəlikdən (xərçəngdən) sonra vəfat edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin noyabr ayında ordu sıralarından istefaya çıxan Ə.Mirzəyevin müalicəsi Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında, eləcə də Müdafiə Nazirliyinin xətti ilə ölkənin müxtəlif tibb müəssisələrində və 3 dəfə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirilib.

İstefada olan polkovnik-leytenant Ə.Mirzəyevin cənazəsinin Türkiyə Respublikasından Bakıya gətirilməsi və dəfn mərasimi ilə bağlı müvafiq tədbirlər Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

XƏBƏR LENTİ