Bakıda məşhur kafeyə basqın — 51 qadın saxlanıldı

515 20-02-2019, 10:00 cemiyyet

Bakıda məşhur kafeyə basqın — 51 qadın saxlanıldıBakı-Sumqayıt yolu üzərində yerləşən məşhur “Pəhləvan” kafesinə polis basqını olub.BakuPost-un əldə etdiyi məlumata görə, ötən həftə sonu həyata keçirilən əməliyyat zamanı xeyli şəxs saxlanılıb. Bildirilir ki, uzun illərdir, əsasən fahişəxana kimi fəaliyyət göstərən bu məkanda qadınlar heç bir tibbi müayinədən keçirilmədən cinsi istismara məruz qoyulur.

Əməliyyat zamanı kafedə işləyən 51 qadın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və tibbi müayinədən keçirilmək üçün dəri zöhrəvi xəstəlikləri üzrə ixtisaslaşmış müvafiq qurumlara göndərilib. Məlumata görə, əməliyyata səbəb də burada müxtəlif xəstəliklərin daşıyıcısı olan qadınların seks işçisi kimi çalışdığının ortaya çıxmasıdır.

Xeberdar.net

XƏBƏR LENTİ