“Sağlamlıq imkanları məhdud olan övladımın əlavə xərcləri və alimenti ilə bağlı məhkəmənin 3 icra sənədi 15 ildir ki, Gəncənin icra orqanı rəisi Nizami Qocayev və onun üzərində nəzarətedici vəzifə daşıyan Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev tərəfindən icra edilmir”.
Bu sözləri Xeberdar.net-ə təqdim etdiyi şikayət məktubunda Bakı sakini Allahverdiyeva Sevil İsmayıl qızı yazıb. Sevil Allahverdiyevanın şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirirk:
"Sağlamlıq imkanları məhdud olan övladımın əlavə xərcləri və alimentiylə bağlı məhkəmənin 3 icra sənədi 15 ildir Gəncənin icra orqanının rəisi Nizami Qocayev, onun üzərində nəzarətedici vəzifə daşıyan Ədliyyə Nazirliyinin icra idarəsinin rəisi Nurəddin Mustafayev tərəfindən icra edilmir.Məhkəmə atanı 15 ildir uşağın saxlanılmasında,əlavə xərclərdə iştiraka cəlb etdi, icra orqanı isə atanı bu xərclərdən 15 ildir kənarda saxladı.Prezident Administrasiyasının köməyi ilə mən Ədliyyə Naziri Fikrət Məmmədovun Akstafa şəhərində keçirilən qəbulunda oldum.
Cənab Nazir məni dinlədi və dedi ki, tezliklə qərarlar icra olunacaq. Nazir F.Məmmədov nazirliyin təşkilat-nəzarət idarəsinin rəisi Elçin Qasımova və icra baş idarəsinin rəisi N.Mustafayevə tapşırıqlar verdi.Nazir məni qəbul etməsi üçün tapşırıq Nurəddin Mustafayevə, o isə məni qəbul etmir,otağından qovur,2 nəfər polislə məni göndərir polis böməsinə.
4 aydır, nazirin göstərişi var, amma əməl olunmur. Bu il yanvarın 11-də nazirliyin Təşkilat-Nəzarət İdarəsinin Kamil adlı əməkdaşı məni təcili çağırdı. Dedi ki, gəl izah et, icra sənədləri icra olunubmu? Məndən icra orqanının cavab məktublarını alıb, bildirdi ki, nazirə məruzə olunacaq, sən Nurəddin Mustafayevin qəbuluna get... Yanvarın 24-də N.Mustafayevin qəbuluna getdim. Dedim ki, xüsusi qulluq tələb edən övladımı köməksiz qoyub, gəlmişəm. Məni saatlarla gözlətdi, sonra iki polislə oradan uzaqlaşdırdı,polis bölməsinə göndərdi.
28-ci polis bölməsində DİN-nin polisləri sənədlərimə baxıb gördülər ki, Cənab Ədliyyə Nazirinin qəbuluna düşmüş adamam, Ədliyyə Nazirinə hörmət edib,həmdə icraçılar tərəfindən illərlə köməksiz vəziyyətdə saxlanıldığımı anlayıb mənə dedilər çıx get evinə.Amma Ədliyyə Nazirliyinin Baş İcra Məmuru Nurəddin Mustafayev öz nazirinə hörmət etmir, Fikrət Məmmədovun tapşırıqlarını icra etmir, məni qəbul etmir.
Qeyd edim ki, Avropa məhkəməsinin qərarı ilə məni Prezident Administrasiyası maddi və mənəvi zərərçəkmiş şəxs kimi tanıyıb, kompensasiyamı ödəyib, lakin 3 məhkəmə qətnamələrimin hələ də icrası təmin olunmur. Buna görə məni Administrasiya cənab Ədliyyə Nazirinin Qəbuluna yazdı, qəbulda da iştirak etdim, axırıda da nazirin göstəriş veridiyi idarə rəisi məni polislə otağının qarısından kənarda tutur.
Gəncə İcra İdarəsinin rəisi Nizami Qocayev 19 min manata yaxın aliment borcu hesablayıb.Bu necə illərin, aylarının alimentidir,bilir? Nizami Qocayev mediada çıxış edir ki, guya onun adı ədalətsizlikdə hallanır. Bəs uşağın alimentini icra orqanı 15 ildir icra etməyib, uşağın normal yaşama hüququnu,uşağın uşaq kimi yaşamasını əlindən alıblar,bu ədalətsizlik deyilmi?
Nizami Qocayev hər yerdə yüksək səviyyəli icradan danışır.Cənab Nazirin qəbuluna düşməsəydim,aylıq alimentimi də icra etməyəcəkdi.Nizami Qocayev Nazir F.Məmmədova “qərarlar icra olundu”-deyə məruzə etmək üçün çalışır ki, başqa şəxslərin yaşadığı mənzili borc əvəzinə götürüm. Nizami Qocayevin 19 min manat borca görə 35 min manatlıq, başqa şəxslərin yaşayış sahəsi olan mənzilini aliment borcunun əvəzləşdirilməsi kimi mənə təklif etməsi əsassızdır.Çünki, həmin şəxslərin yaşama hüququna xitam verilməsi üçün onlara kompensasiya verməliyəm.Nəticədə mən zərər çəkəcəm və əlavə xərclər ödəməli olacam. Bu halda aliment borcunun əvəzləşdirilməsi mümkün olmayacaq.Mənzildə yaşayan şəxslərin oradan çıxarılıb başqa yerə pasport qeydiyyatlarına düşməsi ilə bağlı tədbirlər görüldükdən sonra mənim mənzili qəbul etməyim qanunauyğundur. Burdan N.Qocayevə deyirəm, 15 ildir alimenti ödətdirməyib, əlil uşaqla süründürmüsüz, indi də kompensasiyaya görə 15 il məhkəmələrdə sürünüm? Alimenti ödəməyən Z.Yusibovun avtomaşınlarına həbs qoyulub,ama o maşınları gizlədir. Nizami Qocayev DİN-nə sorğu veribmi, maşınlar tapılsın? Nizami Qocayevə avtomaşınların harada olmasını deyirəm: məhkəmə 2 ay əvvəl mənə məktub göndərdi ki, borclu maşınları çıxarıb ortaya ki üzərindən həbs götürülsün,məhkəmə isə yenə həbsdə saxladı. Aliment borclarını ödəməli olan şəxs-Z.Yusibov qərəzli şəkildə borcları ödəmir,əmlaklarını gizlədir.Nizami Qocayev məcburi icra tədbirləri görsəydi, cənab Nazirin qarşısında,yuxarı instansiyalarda cavab verməyə məcbur qalmazdı. Nizami Qocayevdən xahiş edirəm, hörmətlilik, böyüklük göstərin,borcların mənə ödənilməsini təmin etsin,uşağın müalicəsini davam etdirə, təhsil haqqını ödəyə bilim.
Alimenti illərlə ödəməyən, indi də borcları ödəməyən övladımın atası Z.Yusibov borcları ödəmək əvəzinə “talassemiya” sözünü atıb ortaya. Uşaq Talassemiya xəstəsi deyil ki? Məhkəmə Z.Yusibovu talassemiyaya görə əlavə xərclərə cəlb etməyibki?? Z.Yusibov öz vəsatətiylə uşağa məhkəmədə dəfələrlə ekspertizalar keçirtdirib, məhkəmə də ekspertiza rəyləri əsasında Z.Yusibovu alimentdən əlavə, digər xərclərdə iştiraka cəlb edib. Övladım “Hipermobil” sindromundan əziyyət çəkir. 2018-ci ildə məhkəmə,ala bilmədiyim aliment və əlavə xərclərin midarlarını artırıb, 900 AZN-ə qaldırdı,məhkəmə araşdırdı kı, mənə illərlə aliment ödəməyən Z.Yusibovun maddi imkanı yüksəkdi, saysız-hesabsız əmlakları var, bankda 35 min manat pulu var. 900 AZN alimentin Z.Yusibova ödətdirilməsinə, cənab Nazir Fikrət Məmmədovun qəbuluna düşməklə, nail oldum. Z.Yusibov bilir ki, məhkəmə qətnamələri əsasında yığdığı,ödəmədiyi illərin borclarını ödəməlidir. Sağlamlığı məhdud övladla məni illərdir köməksiz vəziyyətdə qoyan Z.Yusibov orta məktəbi fərqlənmə atestatiyla bitirən, respublika fənn olimpiadasının qalibi olan, yüksək balla ADA universitetinə daxil olan bu cür savadlı övladını itirir: onu məhkəmə qaydasında atalıq hüququndan məhrum etdirirəm.
Olduqca utancverici haldır ki, əlil uşağın müalicə xərclərinin və alimentinin hər ay ödənilməsinə görə məhkəmələr qərarlar qəbul edir, ancaq icra qurumu 15 ildir bu qətnamələrin icrasını təmin etmir, eləcə də qətnamələrin icrasının təmin olunasına mane olan hərəkətlər edir.Özüm hüquqşunasam, uzun illər hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində işləmişəm, hakimlərlə bir işləmişəm, qanunvericiliyin mənasına görə məhkəmələr,hakimlər uşaqların hüquq və mənafelərini hər şeydən üstün tuturlar, deyirlər N.Mustafayev sabiq hakim olub, necə hakim olub ki, məhkəmənin icra sənədlərinə hörmətsizlik edir, 15 ildir hər ay mənə davamlı, sürəkli, ay-baay ödəmələr olan icra sənədlərinin icrasını təmin etmir,cənab Nazirin göstərişlərini yerinə yetirmir. Nurəddin Mustafayev nazirin qəbuluna düşən adam olaraq mənə hörmət etməliydi, nazirin məni qəbul etməsi barədə tapşırıqlarını icra etməliydi, lakin məni qəbul etməyib,polislərlə bölməyə apartdırmasını təssüf hissi ilə qınayıram.
Sevil İsmayıl qızı Allahverdiyeva"
Gəncənin icra orqanı rəisi Nizami Qocayev isə musavat.com-a bildirib ki, S.Allahverdiyevanın işi nazirlikdə nəzarətdədir: “Mənim adımı ədalətsiz yerə hallandırır. Hər gün nazirlikdədir, şikayət edir. Onun alimenti yüksək səviyyədə ödənilir. Sadəcə, gündə bir məhkəmə qərarı çıxartdırır, gəlir. Onun şikayəti əsassızdır. Baş idarəyə müraciət edin, orda ətraflı izah edəcəklər”.
Xeberdar.net