BMT dünyanı Yəmənə kömək etməyə çağırır –Milyonlarla insan aclıqdan ölüm təhlükəsi ilə üz-üzədir

628 27-02-2019, 10:21 dunya

BMT dünyanı Yəmənə kömək etməyə çağırır –Milyonlarla insan aclıqdan ölüm təhlükəsi ilə üz-üzədir BMT-nin Yəmən böhranına dair konfransı 4 ilə yaxındır davam edən müharibədən əzəb çəkən 19 milyon insana yardım çağırışlarına həsr edilib. BMT dekabr ayınadək o ölkə üçün 4.2 milyard dollar toplamağa ümid bəsləyir.

Qurumun hesabatında bildirilir ki, 24 milyonluq əhalisi olan Yəməndə insanların humanitar yardımlara və müdəfiəyə ciddi ehtiyacı var. Deyilir ki, 10 milyon insan aclıq çəkir, milyonlarla adam nə özünü, nə də ailəsini dolandıra bilir.

BMT-nin baş katibi Antonio Quterres beynəlxalq donorlara müraciət edərək, “böyük böhrana” cavab verməyə çağırıb. O, 2015-ci ilin mart ayından bəri on minlərlə insanın öldürüldüyünü və yaralandığını bildirib. Quterres ən çox müharibəni başlatmayan uşaqların iztirab çəkdiyini vurğulayıb.

“360 000 uşaq normal qidalanmır və hər gün həyat mücadiləsi yaşayır. Aclıqdan ölən 5 yaşından ağaşı uşaqların sayı 80 mindən artıqdır”- deyə, BMT-nin baş katibi bildirib. Quterres deyib ki, 3 milyondan artıq insan evindən didərgin düşüb, 20 milyon adam tibbi xidmətdən məhrumdur.

BMT-nin baş katibi yardım agentliklərinin fondlarının daimi yetərsizliyindən şikayətlənib. O, yardım agentliklərinin ölkə tarixində ən ağır vəba epidemiyasının qarşısını aldığını təqdir edib. Guterres Dünya Ərzaq Proqramının hər ay 8 milyon insanı ərzaqla təmin etdiyini də deyib.

(Amerikanın səsi)

XƏBƏR LENTİ