“Yanğın zamanı xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır” – Səhiyyə Nazirliyi

685 6-03-2019, 10:31 cemiyyet

“Yanğın zamanı xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır” – Səhiyyə NazirliyiBakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 8 nəfərə yerində yardım edilib: “14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.

XƏBƏR LENTİ