Giya Paçxataşvil; "Qırmayın könlünü Könül xanımın!"

800 7-03-2019, 22:48 cemiyyet / gundem

 Giya Paçxataşvil; "Qırmayın könlünü Könül xanımın!"
Hamıya bəllidir ki, bu ilin 17-18 mart tarixlərində ünlü sənətkarımız, Respublikamızın Xalq Artisti Könül Xasıyevanın şəhərin Baş konsert salonunda konsertləri keçiriləcəkdir. Təbii ki, bu məsul "xalq hesabatı" ərəfəsində ona sakitlik - konsertlərə hazırlaşmaq şəraiti yaradılmalıdır. Bunun əksinə olaraq ATV, XƏZƏR, ARB və digər telekanallar öz reytinqlərini qaldırmaq naminə həyasızcasına bu bənzərsiz xanəndəni öz ayaqlarına gətizdirməklə onun "sarı simi"nə toxunmaqla ona mənəvi zədələr yetirmək "marafonuna" girişməklə konsert ərəfəsində Könül xanımın qəlbinə toxunmaqla məşğuldurlar. İnsaf - yaxşı şeydir... Etik qaydaları pozan həmin telekanallar barı utansınlar. Ən azından əyər belə xeyirxaxdırlarsa özləri zəhmət çəkib Könül xanımı evində ziyarət etsinlər və oğlu ilə bağlı problemlərin həll olunmasında əməli iş görsünlər. Könül xanımın "yox" deyə bilməməsindən sui istifadə edib özlərini aşağılamasınlar... Vallah ayıbdır. İmkan verin ustad sənətkar öz ömrünü yaşasın və parlaq sənətini öz xalqına daşısın. Rica edirəm - qırmayın könlünü Könül xanımın! Rahat buraxın onu - bu ancaq böyük sənətin xeyrinə olar.

XƏBƏR LENTİ