ABŞ vətəndaşları Avropaya getmək üçün viza almalı olacaqlar- 2021-ci ildən

537 9-03-2019, 12:03 dunya

ABŞ vətəndaşları Avropaya getmək üçün viza almalı olacaqlar- 2021-ci ildənAmerika pasportunun əsas üstünlüyü ondan ibarət idi ki, ABŞ vətəndaşları bir sıra ölkələrə, o cümlədən Avropa dövlətlərinə vizasız gedə bilirdilər.

Azərtac xəbər verir ki, Avropa İttifaqı bu qaydaların dəyişdiyini elan edib. ABŞ vətəndaşları 2021-ci ildən başlayaraq Avropaya getmək üçün viza almalı olacaqlar. Avropa Səyahətlərə dair İnformasiya və Avtorizasiya Sisteminin (ETİAS) saytında dərc edilmiş rəsmi bəyanatda deyilir ki, bu cür sifarişlərin rəsmiləşdirilməsi üçün pasport və kredit kartı təqdim edilməlidir. Bu tələb Böyük Britaniya istisna olmaqla, Avropa İttifaqının bütün ölkələrinə səfərlərə şamil edilir.

Aİ-nin sənədinə əsasən, ABŞ və daha 59 ölkə üçün viza tətbiq edilməsi qərarı qeyri-leqal miqrasiyanın və terror təhlükəsinin artması ilə bağlıdır.

ABŞ vətəndaşlarının Avropaya viza almaları üçün onların qüvvədə olan pasportu, kredit və ya debet kartı və elektron poçtu olmalıdır. ETİAS məlumat bazasında qeydiyyat zamanı təqdim edilən pasport onun sahibinin Avropa ölkəsində olması nəzərdə tutulan müddətdən sonra azı 3 ay qüvvədə olmalıdır.

Xeberdar.net

XƏBƏR LENTİ