Qubad İbadoğlundan növbəti bahalaşma anonsu:"Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq" + CƏDVƏL

Qubad İbadoğlundan növbəti bahalaşma anonsu:"Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq" + CƏDVƏL“Qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, 5 nəfərlik ailə bayram süfrəsi üçün ən azından 121 manat 12 qəpik xərcləməlidir.

İqtisadçı bildirib ki, 2012-ci illə müqayisədə Novruz bayramının süfrəsi 1,64 dəfə bahalaşıb:

“Martın 1-dən minimum əmək haqqının artımına dair sərəncam qüvvəyə minib, artımla hesablanan ödənişlərin bu ayın sonunda həyata keçiriləcəyi, eləcə də artırılmış sosial müavinətlər 1 apreldən sonra veriləcəyi gözlənilsə də, istehlak bazarında əsas ərzaq məhsullarının qiymətləri artıq ötən aydan bahalaşmaya başlayıb.

Bu ay ərzində qiymət artırıcı amillər daha da fəallaşacağından bahalaşmanın miqyaslarının, təsir dairəsi və gücünün genişlənəcəyi şübhəsizdir. Minimum əmək haqqı və sosial müavinətlərin artımından faydalananlar qrupuna yalnız işləyənlər və yardım alanlar daxildirsə, qiymətlərin bahalaşmasından həm işləyənlər və həm də işsizlər ziyan çəkir. Odur ki, hazırda Mərkəzi Bankın və hökümətin qarşısında duran başlıca vəzifə ant-inflyasiya tədbirlərini gücləndirmək olmalıdır.

Nəzərə alsaq ki, yaxın günlərdə vaxtı keçmiş borcların devalvasiya xərcinə görə kompensasiyaların ödənilməsinə də start veriləcək, onda qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq”.

İqtisadçının sözlərinə görə, qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq: “Belə ki, 2012-ci ildə 7 manat 80 qəpik olan “Ankor” yağı 2,1 dəfə, 1 kq-ı 6 manat olan mal ətinin qiyməti 2 dəfəyədək, 1 kq-ı 2 manat 60 qəpik olan quş ətinin qiyməti 1,5 dəfədən çox, 1 kq-ı 4 manat olan kişmişin qiyməti 1,5 dəfədən çox bahalaşıb. Bütövlükdə eyni adlı məhsullar üzrə bayram süfrəsninin dəyəri 2012-ci ildəki 73 manat 80 qəpikdən 121 manat 12 qəpiyədək, yəni 1,64 dəfə bahalaşıb”.

Qubad İbadoğlundan növbəti bahalaşma anonsu:"Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq" + CƏDVƏL

Qubad İbadoğlundan növbəti bahalaşma anonsu:"Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq" + CƏDVƏL

  • 10-03-2019, 20:06
  • 60


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”
  2. Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv
  3. Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq-aprelin 1-dən
  4. Nazir müavini işdən çıxarıldı – Sərəncam
  5. “OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar
  6. Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
  7. Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi
  8. Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib- Ukraynada
  9. Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı
  10. “Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib” – Penitensiar xidmət
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI