Kəlbəcərdə hər kv.km-də orta hesabla 2, Laçında 3 erməni sülənir- İşğalçılardan etiraf...

716 11-03-2019, 08:36 cemiyyet

Kəlbəcərdə hər kv.km-də orta hesabla 2,  Laçında 3 erməni sülənir- İşğalçılardan etiraf...




Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin nəzarət etdiyi bir sıra “rayon”ların faktiki paytaxtı Ermənistanın sərhədə yaxın şəhərləridir. Məsələn, Laçın, Qubadlı, Zəngilandakı ermənilər alış-verişə, iş axtarmağa işğalçı ölkənin Gorus və ya Qafan şəhərlərinə, Kəlbəcər və Ağdərədəkilər isə Vardenisə(Basarkeçər)ə gedirlər.
Kəlbəcərdə hər kv.km-də orta hesabla 2,  Laçında 3 erməni sülənir- İşğalçılardan etiraf...
Moderator.az xəbər verir ki, bu fikirlər Sevak Xaçatryan adlı erməni coğrafiyaşünasın erməni saytlarından birində dərc etdiyi araşdırma materialında səsləndirilir. Qondarma rejimin “inzibati-ərazi” bölgüsünün dəyişdirilməsini təklif edən üzdəniraq alim bunu işğal altındakı torpaqlarda Xankəndi istisna olmaqla digər “rayon” və şəhərlərdə əhali sıxlığının normadan xeyli az olmasıyla da əlaqələndirir. Erməni coğrafiyaşünasın etirafına görə, hazırda Laçın, Qubadlı, Zəngilan rayonlarının ərazisini əhatə edən qondarma “Kaşataq” rayonunun hər kvadrat kilometrində orta hesabla 3, əsasən Kəlbəcər rayonunun “daxil edildiyi” “Şaumyan rayonu”nda isə cəmi 2 erməni yaşayır (Hələ bu, işğalçıların özlərinin etiraf etdiyi rəqəmdir; reallıqda bəlkə də o Azərbaycan ərazilərinin hər kv.km-də 1 erməni də yaşamır). Məntiqlə belə çıxır ki, hazırda qaçqın əhalisinin sayı 77 minə yaxın olan Laçın rayonunda(ərazisi 1835 kv.km, orta sıxlıq hər kv.km -42 nəfər) təxminən 4-5 min, qaçqın əhalisinin sayı 92 mindən çox olan Kəlbəcər rayonunda isə(ərasisi 1936 kv.km, orta sıxlıq hər kv.km-ə 30 nəfər) uzaqbaşı, 4 min erməni yaşayır. Qeyd edək ki, Laçın rayonuna aid edilən orta erməni sıxlığı Qubadlı və Zəngilana aiddir...
Kəlbəcərdə hər kv.km-də orta hesabla 2,  Laçında 3 erməni sülənir- İşğalçılardan etiraf...
Deməli, Ermənistan bundan sonra 20 il əlləşsə də, sözügedən ərazilərimizdəki demoqrafik problemi həll edə bilməyəcək, yəni, bütün hay-küyə, “dövlət proqramı”na- filana rəğmən o torpaqları normal şəkildə məskunlaşdıra bilməyəcək. Ancaq bu fakt Azərbaycanı heç cür arxayın salmamalıdır. Üstəlik, məsələnin bizim üçün də bir xalq, ölkə, dövlət olaraq çox utancverici tərəfi var: belə çıxır ki, cəmi uzağı, 15 min erməni 350 minə yaxın azərbaycanlının yaşamalı olduğu əraziyə yiyələnib... Başqa sözlə, adı şəkilən rayonlarda hər erməniyə qarşı 23-24 azərbaycanlı düşür... Oxşar rəqəm işğal altındakı Füzulinin, Ağdamın, Cəbrayılın da və s. işğal altındakı ərazilərinə aiddir...

P.S. Aydındır ki, sözügedən və digər Azərbaycan torpaqlarını ermənilər öz güclərinə işğal etməyib, bu namərdlər vasitəsilə işğal etdirilib. Amma bütün hallarda torpaqlarımız üzərində az-çox, pis-yaxşı yaşayan onlardır...

Sultan Laçın

XƏBƏR LENTİ