BMT-nin 19 əməkdaşı təyyarə qəzasında həlak olub –Solavakiyalı deputat da faciədə arvadını və qızını itirib

461 11-03-2019, 09:48 dunya

BMT-nin 19 əməkdaşı təyyarə qəzasında həlak olub –Solavakiyalı deputat da faciədə arvadını və qızını itiribBMT bildirir ki, Efiopiya Hava Yollarına məxsus sərnişin təyyarəsində 19-u əməkdaşı həlak olub. 149 sərnişin və 8 heyət üzvünün olduğu təyyarə Əddis-Əbəbədən Keniyanın paytaxtı Nayrobiyə uçurmuş, havaya qalxandan az sonra qəzaya düşüb. Qəzanın səbəbi bəlli deyil.

BMT-nin Baş katibi Antonio Guterres qəza qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib.
Ölənlər içində 32 keniyalı, 18 kanadalı, beş almaniyalı, Rusiya, Avstriya və İsveçin hərəsindən üç nəfər olub.

Kanadanın Baş naziri CastinTrude bəyanat yayaraq hadisə qurbanlarına görə dünya ictimaiyyəti ilə birgə kədərləndiklərini bildirib. Slovakiyada deputat Anton Hrnko “Facebook”-da yazıb ki, qəzada onun həyat yoldaşı və qızı həlak olub. (azadliq.org)

XƏBƏR LENTİ