İranla sərhəddə növbəti atışma: Azərbaycan sərhədçilərinə atəş açıldı –Elçin Quliyev təcili hadisə yerinə getdi + FOTO

İranla sərhəddə növbəti atışma: Azərbaycan sərhədçilərinə atəş açıldı –Elçin Quliyev təcili hadisə yerinə getdi + FOTOMartın 12-si saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunub.

Strateq.az DSX-nə istinadən bildirir ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb:

“Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar.

“Dövlət sərhədi haqqında” qanunu­n tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­ub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilən sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub”.

Məlumata görə, hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gedib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub: “Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını alan hərbi qulluqçular təltif olunublar.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir”.

İranla sərhəddə növbəti atışma: Azərbaycan sərhədçilərinə atəş açıldı –Elçin Quliyev təcili hadisə yerinə getdi + FOTO

  • 12-03-2019, 11:58
  • 47


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”
  2. Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv
  3. Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq-aprelin 1-dən
  4. Nazir müavini işdən çıxarıldı – Sərəncam
  5. “OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar
  6. Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
  7. Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi
  8. Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib- Ukraynada
  9. Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı
  10. “Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib” – Penitensiar xidmət
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI