Rəis yenə də ağac qətliamı etdi - Nazirlik hələdə susur / FOTOLAR

Rəis yenə də ağac qətliamı etdi - Nazirlik hələdə susur / FOTOLARXətai rayonunda yenə də kütləvi ağac qətliamı olub. Rayondakı mənbədən BakuNews.az-a daxil olan məlumata görə Cavanşir küçəsində, 27 nömrəli binanın arxasında inşa edilmiş avtoservisin qarşısındakı ağaclar gecə saatlarında kütləvi şəkildə qırılıb. Məlumatda bildirilir ki, Rəis adlı şəxsə məxsus olan avtoservis inşa edilərkən də, ağaclar kütləvi şəkildə qırılıb. Xatırladaq ki, bu hadisə ilə bağlı mətbuat çoxlu sayda araşdırmalar dərc etsə də, Ekologiya və Təbii Sərvətlər nazirliyi problemi bilərəkdən görməzdən gəlmişdi. Hətta hadisə ilə bağlı ETSN-lə əlaqə saxlayan əməkdaşımızdan fakt istənilmişdi.

Bu ərazidəki ağac qətliamı ilə bağlı video və foto faktlar ETSN-nə təqdim edilsə də, nazirlik yenə də susmaq qızıldır prinsipinə üstünlük vermişdi. Bir müddət ağac qətliamına fasilə verən Rəis nəhayət fevral ayının 9-dan 10-na keçən gecə bir müddət fasilə verdiyi “sükutu” pozdu. Təxminən 7 ağacı kökündən kəsdirən Rəis qısa zamanda həmin yerə asfalt döşətdirib.

Onu da oxucuların diqqətinə çatdıraq ki, bir müddət əvvəl "Rəis adlı işbaz tərəfindən qətliamını gözləyən, inşa edilən obyektin qarşısındakı ağaclar" adlı məlumatda tərəfimizdən dərc edilmişdi. Göründüyü kimi ehtimallarımız özünü doğrultdu. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 24-cü maddəsində - "Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət" nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsində - "Qanunsuz ağac kəsmə" bölməsində, 259.1.- bəndində deyilir: ...ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

259.2. Eyni əməllər:

259.2.1. təkrar törədildikdə;

259.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

259.2.4. külli miqdarda ziyan vurmaqla törədildikdə - yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

59.3. Bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi ölkədə bu istiqamətdə qərarlar və Qanunlar qəbul edilib. Bəs elə isə Rəis kimi işbazların görəsən nəyi bəzi dövlət qurumlarının ayrı-ayrı səlahiyyətliləri üçün maraq kəsb edir? Axı paytaxt Bakıdakı yaşıllıqlar həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına vəsiyyətidir.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İradə xanım İbrahimova ilə əlaqə saxlayan əməkdaşımıza nazirlik rəsmisi foto faktları göndərməyi məsləhət bildi. Xatırladaq ki, nazirlik əməkdaşına foto faktlar təqdim edildi və İradə xanım məsələni nəzarətə götürəcəklərini qeyd etdi.

Redaksiya yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırdır.

BakuNews.az

Rəis yenə də ağac qətliamı etdi - Nazirlik hələdə susur / FOTOLAR
Rəis yenə də ağac qətliamı etdi - Nazirlik hələdə susur / FOTOLARRəis yenə də ağac qətliamı etdi - Nazirlik hələdə susur / FOTOLARRəis yenə də ağac qətliamı etdi - Nazirlik hələdə susur / FOTOLAR

Rəis yenə də ağac qətliamı etdi - Nazirlik hələdə susur / FOTOLAR

  • 13-03-2019, 13:34
  • 109


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”
  2. Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv
  3. Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq-aprelin 1-dən
  4. Nazir müavini işdən çıxarıldı – Sərəncam
  5. “OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar
  6. Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
  7. Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi
  8. Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib- Ukraynada
  9. Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı
  10. “Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib” – Penitensiar xidmət
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI