Birgə Qrupun əfv siyahısındakı şəxslərin sayı məlum oldu –Aralarında siyasi məhbuslar da var

528 13-03-2019, 14:28 cemiyyet

Birgə Qrupun əfv siyahısındakı şəxslərin sayı məlum oldu –Aralarında siyasi məhbuslar da varİnsan Hüquqları üzrə Birgə Qrupun hazırladığı əfv siyahısında 54 nəfər məhbusun adı var.

Birgə Qrupun əfv siyahısına Əfv məsələləri üzrə Dövlət Komissiyasının iclaslarında baxılıb. Sözügedən siyahı ölkə başçısına da təqdim olunacaq. Siyahıda sözügedən qrupun siyasi məhbus hesab etdiyi bir qrup şəxsin də adı var.

Qeyd edək ki, prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir. (Qafqazinfo)

XƏBƏR LENTİ