Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir- Açıqlama

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir- AçıqlamaAzərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün əlillik dərəcəsi müəyyən edilir: “Sağlamlıq imkanları məhdud uşaqlar dedikdə orada autizmli uşaqlar nəzərdə tutulmur. Bu uşaqlar harada təhsil almalıdır, onların təhsili üçün kriteriyalar necə müəyyən edilməlidir? Autizmli uşaqlarla bağlı heç bir reabilitasiya mərkəzi yoxdur. Ancaq Türkiyədə belə uşaqlara dövlət müəyyən edilmiş saatlarda məcburi dərslər keçir”.

S.Əliyeva qeyd edib ki, gələcəkdə dünyada hər 10 uşaqdan 3-ü autizmdən əziyyət çəkəcək: “Azərbaycanda da belə uşaqların sayı artır. Təbii ki, bunun müxtəlif səbəbləri var”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, 6 minə yaxın autizmli uşağın heç də hamısı təhsildən kənarda qalmayıb, onların çoxuna evdə dərslər keçirilir.

Onun sözlərinə görə, Azərbaycanda inklüziv təhsilin bütün mövcud imkanlarına hüquqi təminat verilir

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir- Açıqlama

  • 13-03-2019, 15:17
  • 35


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”
  2. Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv
  3. Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq-aprelin 1-dən
  4. Nazir müavini işdən çıxarıldı – Sərəncam
  5. “OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar
  6. Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
  7. Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi
  8. Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib- Ukraynada
  9. Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı
  10. “Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib” – Penitensiar xidmət
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI