Gürcüstan hava məkanını “Boeing 737” təyyarələri üçün bağlayıb

Gürcüstan hava məkanını “Boeing 737” təyyarələri üçün bağlayıbGürcüstanın hava məkanında “Boeing 737-8 MAX” və “Boeing 737-9 MAX” tipli təyyarələrin uçuşu müvvəqəti dayandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Müvafiq qərar sərnişinlərin və uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub. Qərar mart ayının 13-dən etibarən qüvvəyə minib.

Agentlikdən qeyd olunub ki, “Boeing 737 Max” tipli təyyarə Gürcüstanın Mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməyib. Bu baxımdan, müvəqqəti məhdudiyyət hava nəqliyyatına əhəmiyyətli təsir göstərməyəcək.

Xatırladaq ki, martın 10-da Efiopiyada baş vermiş təyyarə qəzası nəticəsində 157 nəfər ölüb. Əddis-Əbəbədən Nayrobiyə doğru uçan “Boeing 737 MAX 8” Efiopiya paytaxtından, təxminən, 60 km cənub-qərbdə (Bişoftu şəhəri yaxınlığında) yerə düşüb.

Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Aİ ərazisində “Boeing 737 MAX 8” və “Boeing 737-9 MAX” tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.

Gürcüstan hava məkanını “Boeing 737” təyyarələri üçün bağlayıb

  • 13-03-2019, 16:24
  • 42


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”
  2. Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv
  3. Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq-aprelin 1-dən
  4. Nazir müavini işdən çıxarıldı – Sərəncam
  5. “OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar
  6. Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
  7. Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi
  8. Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib- Ukraynada
  9. Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı
  10. “Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib” – Penitensiar xidmət
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI