“Bəzi ünsürlər media mühitindən öz şəxsi maraqlarını güdmək üçün istifadə edirlər...”

605 16-03-2019, 12:03 cemiyyet

“Bəzi ünsürlər media mühitindən öz şəxsi maraqlarını güdmək üçün istifadə edirlər...”“Artıq zaman ona çatıb ki, Azərbaycan mediası və medianın tənzimlənməsi mexanizmi peşəkarlaşır”

Bunu Moderator.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli mediaya aidiyyatı olmayan adamların öz şəxsi maraqları üçün bu sahəyə axın etməsindən danışarkən deyib. M.Ələsgərli bildirib ki, həmin şəxslərə qarşı ciddi tədbirlər görüləcək:

“Azərbaycanda media mühiti azaddır və qanunvericilik burda biliyi, bacarığı olan hərkəsin media qurumu təsis edib fəaliyyət göstərməsinə şərait yaradır. Bu bir demokratik standartdır, amma çox təəssüf ki, demokratiyanın verdiyi imkanlardan sui-istifadə edən insanlar da var. Bəzi ünsürlər var ki, media mühitindən istifadə edərək öz şəxsi maraqlarını güdmək üçün bura daxil olurlar. Onlar mediaya, jurnalistikaya, ifadə azadlığına aidiyyatı olmayan adamlardır. Sadəcə bunlar müəyyən qruplardır ki, öz maraqları üçün müxtəlif vasitələrdən, o cümlədən mediadan da istifadə edirlər. Artıq zaman ona çatıb ki, Azərbaycan mediası və medianın tənzimlənməsi mexanizmi də peşəkarlaşır. İndi o vaxtdır ki, bu cür insanlara qarşı müəyyən baryerlər qurulmalıdır. Təbii ki, o baryerlər elə olmalıdır ki, ölkədə ifadə azadlığının mühitinə kölgə salmasın və onları da zərərsizləşdirmək də mümkün olsun. Bununla bağlı artıq müəyyən təkliflər var. Ehtimal edirik ki, bu mexanizmlərin tətbiq olunmasına başlanılacaq”.

Vasif Əlihüseyn

XƏBƏR LENTİ