Daha bir məscidə hücum – VİDEO

641 16-03-2019, 13:32 dunya

Daha bir məscidə hücum – VİDEOİngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub. Teleqraf.com xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.

İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar.

Polis hücuma məruz qalanlar arasında 27 yaşlı bir kişinin yaralandığını bildirib. Polis hadisədən dərhal sonra axtarışa başlayıb.

Qeyd edək ki, Yeni Zelandiyada bir məscidə silahlı hücum zamanı 49 nəfər müsəlman qətlə yetirilib.

Hadisənin görüntülərini təqdim edirik:

XƏBƏR LENTİ