DSX sərhəd pozucusu barədə məlumat yaydı:"Həmin şəxs ruhi əsəb xəstəsi olan 2-ci qrup əlildir"

728 16-03-2019, 14:40 cemiyyet

DSX sərhəd pozucusu barədə məlumat yaydı:"Həmin şəxs ruhi əsəb xəstəsi olan 2-ci qrup əlildir"Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.

Xeberdar.net məlumat verir ki, bu məlumatla əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildirilib ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hazırda araşdırma işləri davam edir.

Xeberdar.net

XƏBƏR LENTİ