YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”

YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”Azərbaycan demokratik ölkədir və burada hər kəs qanunlar çərçivəsində istədiyi fəaliyyətlə məşğul ola bilər. O cümlədən də keçmiş səhiyyə nazir Əli İnsanov”.

Bu sözləri Bakupost.az açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. O, keçmiş səhiyyə naziri Əli İnsanovun dünən mətbuata verdiyi açıqlamaları şərh edib. Bildirib ki, Ə.İnsanov istədiyi fəaliyyətlə məşğul olmaqda sərbəstdir: “Azərbaycan demokratiya ilə idarə olunan dövlətdir. Bu baxımdan, Əli İnsanov da hər kəs kimi istədiyi işlə məşğul ola bilər. İstəyər, həkimliyə davam edər, istəyər siyasətlə məşğul olar”.

YAP rəsmisi bildirib ki, əgər Ə.İnsanov siyasətlə məşğul olmağa qərar versə, hakim partiya daxilində onun siyasi xəttinin ardınca gedəcək heç kim yoxdur: “Mən inanmıram ki, uzun illər həbsdə qalmış və cənab prezidentin əfv sərəncamlı ilə azadlığa çıxmış birinin fikirlərinin ardınca kimsə getsin. Yeni Azərbaycan Partiyasında isə belə adamlar ümumiyyətlə yoxdur. Partiyamızın 700 mindən çox üzvü var və burada hər kəs partiyamızın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşib, onu dəstəkləyir”.

YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”

  • 18-03-2019, 12:16
  • 214


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Zülfüqarlı qardaşlarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şok müraciət
  2. Azərbaycanda oğlanlar 14 yaşlı qızı zorlayıblar- məktəbdə ŞOK OLAY
  3. 9 yaşlı Göyçay sakini Prezidentə müraciət etdi-ÇÖRƏK PULU TAPA BİLMİRİK
  4. Politoloqdan açıqlama: “ Azularımızın gerçəkləşməsi üçün BÖYÜK GÜCƏ sahib olmaq lazımdır! ”
  5. Nazpərinin qardaşı qızı növbəti RÜSVAYÇI FAKTLARI AÇDI: “Diskotekalarda...”
  6. İstanbuldakı seçkiyə münasibət Türkiyə demokratiyasının barometridir
  7. Əli İnsanov vacib görüşlər keçirir
  8. Sabah hava necə olacaq?- PROQNOZ
  9. Baş redaktorun məhkəməsində təhsil idarəsinin müdiri ifadə verib
  10. Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI