Putindən Medvedevə qarşı sensasiyalı addım –Baş nazirin yaxın dostu korrupsiya ittihamı ilə qandallandı

581 27-03-2019, 10:57 dunya

Putindən Medvedevə qarşı sensasiyalı addım –Baş nazirin yaxın dostu korrupsiya ittihamı ilə qandallandıRusiya İstintaq Komitəsi bildirir ki, baş nazir Dmitri Medvedevin müttəfiqi sayılan keçmiş nazir Mixail Abyzov Sibirdəki enerjipaylama şirkətlərinin birindən 62 miyon dollarlıq mənimsəmə ittihamı ilə Federal Təhlükəsizlik Xidmətlətinin əməkdaşları tərəfindən saxlanıb.

Komitənin sözçüsü Svetlana Petrenkonun dediyinə görə, Abyzov Sibir Enerji Şirkəti və Novosibirskdəki Regional Elektrik Şəbəkəsindən 4 milyard rubl (62 milyon dollar) mənimsəmiş kriminal dəstənin üzvü olmaqda ittiham edilir.

Müstəntiqlər iddia edirlər ki, Abyzov və onunla əlbir olan 5 nəfər oğurlanmış pul vəsaitini xaricə köçürüblər.

Müdafiə vəkili Aleksandr Asnis TASS dövlət xəbər agentliyinə deyib ki, Abyzov ilkin məhkəmə dinləməsinə martın 27-də çıxarılacaq və təqsirsiz olduğunu bəyan edəcək.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Abyzov barədə məlumat prezident Vladimir Putinə əvvəlcədən verilmişdi. Abyzov 2012-2018-ci illərdə kabinet naziri olub və 2008-2012-ci illərdə prezident olmuş Dmitri Medvedevin yaxın adamı hesab edilir.

Putin 2012-ci ildə prezidentliyini bərpa etdikdən sonra Medvedev baş nazir kürsüsünə qayıdıb. Abyzov ötən ilədək Medvedev hökumətində nazir postuna sahib idi. Müstəntiqlər iddia edirlər ki, Abyzov kriminal dəstəni 2011-ci ildə, Açıq hökumət işləri naziri təyin edilməzdən bir il əvvəl yaradıb. Bu nazirliyin əsas funksiyası Rusiya hökumətinin şəffaflığını və hesabatlılığını təmin etməkdir.

Abyzov habelə 1990-cı illərin ortalarından RAO UES elektrik holdinqində direktorlar şurasının üzvlüyü də daxil, bir sıra enerji şirkətlərində yüksək vəzifələr tutub.

2017-ci ildə antikorrupsiya fəalı Aleksey Navalnı Abyzovun İtaliyada 11, 7 milyon dollarlıq malikanəyə sahib olduğunu xəbər vermişdi. Navalnı habelə xəbər verirdi ki, Abyzov sərvətini Novosibirskdəki enerji sektoru ilə əlaqələri hesabına toplayıb.
(Azadlıq radiosu)

XƏBƏR LENTİ