Bu gün Azərbaycanda 1 saat işıq olmayacaq

Bu gün Azərbaycanda 1 saat işıq olmayacaqBu gün dünyada 1 saat işıq olmayacaq.ONA-nın məlumatına görə, bu gün Azərbayanda da binaların fasadları 1 saat işıqsız qalacaq. Belə ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Aksiya çərçivəsində binaların fasad işıqları yerli vaxtla saat 20:30-dan 21:30-a qədər söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edir.

Qeyd edək ki, ilk dəfə Yer saatı 2007-ci ildə Avstraliyada keçirilib. Hazırda bu aksiyada 188 ölkədə 200 milyarddan çox insan iştirak edir.
Azərbaycan “Yer saatı” kampaniyasına rəsmi olaraq 26 mart 2011-ci ildə qoşulub və ilk aksiya çərçivəsində “Qız Qalası”nın işıqları söndürülüb.

Bu il isə Bakı Olimpiya Stadionu, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, Milli Gimnastika Arenası, regionlardakı bütün “ASAN” Xidmət mərkəzləri, “Flame Towers” kompleksi və digər tanınmış tikililərin fasad işıqları 1 saatlıq söndürüləcək.

Bu gün Azərbaycanda 1 saat işıq olmayacaq

  • 30-03-2019, 19:22
  • 128


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI