Partiya sədri: "Hamımız kəfən geyinib, canlı bomba olub döyüşəcəyik, amma o torpaqları verməyəcəyik!"+VİDEO

1 179 30-03-2019, 22:22 siyaset / gundem / video

"Bizim üçün Qarabağsız, Şuşasız, Laçınsız, Xankəndisiz Azərbaycan yoxdur!"
Bunu siyasi partiyaların Qarabağa həsr olunmuş müzakirəsində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Partiya sədri əlavə olaraq qeyd edib ki, kimsə hansısa müqavilələlərə imza atıb, cəmiyyəti əzib referendum keçirəcəyəm deyib də ağlının ucundan bu cür absurd fikirlər keçirməsin. Bizim üçün Qarabağsız, Şuşasız, Laçınsız, Xankəndisiz Azərbaycan yoxdur. Qarabağ uğurunda son ana qədər, son adamına qədər hamımız kəfən geyinib, canlı bomba olub döyüşəcəyik, amma o torpaqları verməyəcəyik!

Xeberdar.net həmin bəyanatın videosunu oxuculara təqdim edir.

XƏBƏR LENTİ