Hacı Kamranın öldürülməsi ilə bağlı şok faktlar – Qardaşını məscidə niyə buraxmayıb?

Hacı Kamranın öldürülməsi ilə bağlı şok faktlar – Qardaşını məscidə niyə buraxmayıb?Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş dəhşətli qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Zabrat qəsəbəsində böyük qardaşı Hacı Kamran Şamilovu tüfənglə güllələyərək öldürən Hüseynbala Şamilov tutulub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Hacı Kamran Şamilov Zamratdakı məscidin axundudur və din xadimi kimi tanınıb. O, həm də İran və İraqdakı müqəddəs məkanlara səfərlərin təşkili ilə məşğul olan şirkətin rəhbəri imiş.

Hadisənin baş vermə səbəbinə gəlincə Hüseynbaba Şamilov bildirib ki, böyük qardaşı ilə 4-5 il imiş ki, ədavəti varmış. Onun sözlərinə görə, Hacı Kamran onu məscidə buraxmırmış. Səbəb isə Hüseynbalanın məscidin tikintisi zamanı səhvə yol verilməsini bildirməsi, qiblənin istiqamətinin düzgün olmamasını və mehrabın islam qaydaları çərçivəsində yerləşdirilməməsini danışması olub. Bundan sonra Hacı Kamran kiçik qardaşının məscidə daxil olmasına qadağa qoyub. Hacı Hüseynbala onu da bildirib ki, qardaşı mütəmadi olaraq onu təhqir edib, insanların arasında xoşagəlməz sözlər deyib və döyüb. Hacı Kamranın “Sən qibləni satansan” deməsindən sonra isə o, köhnə ədavətlərin də təsiri altında qardaşını güllələyərək öldürmək qərarına gəlib.

Sabunçu rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır.

Hacı Kamranın öldürülməsi ilə bağlı şok faktlar – Qardaşını məscidə niyə buraxmayıb?

  • 1-04-2019, 13:40
  • 117


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI