Paşinyandan Qarabağla bağlı daha bir bəyanat:"Biz yalnız ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyirik

662 11-04-2019, 14:48 dunya

Paşinyandan Qarabağla bağlı daha bir bəyanat:"Biz yalnız ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyirik“Ermənistanda on ildən çox rüşvətxor və zorakı hökumət hakimiyyətdə olub. Ancaq bu hakimiyyətə sülh yolu ilə son qoymağa nail olmuşuq”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı deyib.

O, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Biz istəyirik ki, bu münaqişə yalnız sülh yolu ilə həll olunsun. Bunun üçün də uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyət göstərmək istəyirik. Çünki yalnız bu qurum əvvəldən hadisələri yaxından izləyib və hər bir addımdan xəbərdardır”./Report

XƏBƏR LENTİ