İt cırmaqlayanda da quduzluq yaranır – Nazirlikdən xəbərdarlıq

632 24-04-2019, 11:58 cemiyyet

İt cırmaqlayanda da quduzluq yaranır – Nazirlikdən xəbərdarlıq“Hazırda sahibsiz itlərin sayı həddindən artıq artıb. Səhiyyə Nazirliyi tərəfindən hər hansı bir dişləmə hadisəsi qeydə alınan zaman profilaktiki tədbirlər aparılır”.

ONA xəbər ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, dişləmə halı olarsa, ərazi üzrə poliklinikalara müraciət etsinlər: “Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır, peyvəndə gəlmir. Belə halda quduzluq halı qeydə alınır”.
A.Əliyeva bu il iki quduzluq faktının qeydə alındığını söyləyib: “Onlardan biri həyət iti cırmaqladığı üçün müraciət etməmişdi deyə, onda quduzluq halı qeydə alınmışdı. İkinci hadisə isə bu yaxınlarda Ağstafada oldu. Bu da onun öz günahı idi ki, peyvəndlərini axıra qədər almamışdı”.

Nazirlik rəsmisi insanları it dişləmələrinə etinasız yanaşmamağa çağırıb: “Dişləmə halında, ev və ya küçədə yaşayan itlərdən hansı olursa-olsun, mütləq insanlar poliklinikaya müraciət etməlidirlər. Əsasən də sahibsiz itlər küçələrdədir və onlar peyvənd olunmayıb. Əgər dişləmə halı varsa, müraciət edib müalicə olunsunlar”.

Xeberdar.net

XƏBƏR LENTİ