“O zaman türk xalqı öz namizədinə səs verəcək” – Türkiyə səfiri

569 7-05-2019, 12:44 dunya

“O zaman türk xalqı öz namizədinə səs verəcək” – Türkiyə səfiriTürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğv olunmasına münasibət bildirib.

Diplomat “Report”a açıqlamasında bildirib ki, Ali Seçki Qurumu (YSK) seçkilərlə bağlı edilən etirazlara baxıb və nəticələrin ləğv olunması barədə qərar çıxarıb.

“YSK bəzi etirazları dəyərləndirdikdən sonra seçkilərin nəticələrinin ləğv olunması barədə qərar çıxarıb. Təbii ki, bütün proses tam şəffaf şəkildə həyata keçirilir. Yenidən seçkilər keçiriləcək. O zaman türk xalqı öz namizədinə səs verəcək. Seçkilərin problemsiz və obyektiv şəkildə həyata keçirilməsi hamımızın istəyidir. Biz Ali Seçki Qurumunun qərarına hörmət edirik”, – E.Özoral deyib.

Qeyd edək ki, Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

XƏBƏR LENTİ