İSRAİL VƏ KÖRFƏZ MONARXİYASI BİR SƏNGƏRDƏ – İrana qarşı

1 891 28-06-2019, 11:31 maraqli

İSRAİL VƏ KÖRFƏZ MONARXİYASI BİR SƏNGƏRDƏ – İrana qarşıAktuallığını nəzərə alaraq, Britaniyanın Birmingem Universitetinin professoru, fələstin mənşəli Kamal Havvaşla müsahibəni oxucuların diqqətinə təqdim edirik. O, həm də Fələstin siyasəti üzrə Britaniya Şurasının vitse-prezidenti və Fələstin həmrəylik kampaniyası İcraçı komitəsini (PSC) üzvüdür.

- Siz, necə hesab edirsiiz, HƏMAS hərəkatının Qəzza sektorunda idarəçiliyi sona çatıbmı və dəyişikliklər qaçılmazdırmı?

– ABŞ və İsrailin onları hüquqlarından daimi əsaslarla məhrum etmək cəhdləri qarşısında fələstinlilər üçün birlik çox vacibdir. Çoxsaylı barışıq cəhdlərindən və siyasi planda situasiyanın pisləşməsindən sonra FƏTH (Fələstinin milli azadlığı uğrunda hərəkat – İordan çayının qərb sahilindəki Fələstin ərazilərində və Şərqi Yerusəlimdə hakim partiya -Red.) və HƏMAS-ın da öz fikir ayrılıqlarını bir kənara qoymaq və bu təhlükələr qarışısında birləşmək vaxtı çatıb.

- Sizin fikrinizcə, FƏTH daxilində müxaif qüvvələrə Mahmud Abbas idarəçiliyini saxlamaq üçün nə mane olur?

– Fələstinlilər istəyirlər ki, demokratiya prezident seçkilərinin və qanunverici şuraya seçkilərin vasitəsilə təsdiqlənsin. Onlar istəyirlər ki, həm də Fələstinin demokratik institutlarında isahatlar aparsınlar. Bu, xüsusilə Fələstin Milli Şurasına və Fələstin Azadlıq Təşkilatına aiddir – onların islahatlara ciddi ehtiyacı var. Həm bölünmə, həm də İsrail işğalı azad və ədalətli seçkiləin keçirilməsini çətinləşdirib.

- Gələcəkdə İsrailin Livan «Hizbullah»ına yeni hücumlarını gözləməyə dəyərmi? Və belə ssenari bölgədə miqyaslı münaqişəyə gətirməyəcək ki?

– İsrail öz qonşularını qorxutmaqda davam edir və bu işdə Livan da istisna deyil. Bu həm də Suriyaya aiddir. ABŞ-İran qarşıdurması gərginliyi bir qədər də artırır. Ona görə də əgər ABŞ İrana hücum etsə, daha geniş münaqişənin başlanması mümkündür.

- İsraillə Fars körfəzi monarxiyası arasında «münasibətlərin normallaşması» mövzusunda danışıqlar «parad»ını müşahidə edirik. Ərəbistan yarımadası ərəb ölkələri liderlərinin İsraillə açıq-aşkar dostluq etməsini Siz nə ilə əlaqələndirirsiniz?

– İsrail və ABŞ administrasiyası cəhd edirlər və müəyyən mənada, hətta bundan artığını da ediblər ki, Fars körfəzi monarxiyasının diqqətini Ərəb-İsrail münaqişəsindən yayındırsınlar. Onlar (körfəz monarxiyası – Red.) nə üçünsə hesab edirlər ki, İsrailin olduğu səngərdədirlər və bu «təhlükə» ilə mübarizə yolları arayırlar. Oxşayır ki, bu, fələstinlilərin maraqları hesabına edilə bilər. Nədən ki, onlar fələstinliləri Trampın «sülh planı»nı qəbul etməyə «itələyirlər», amma Trampın planı fələstinlilərin hüquqlarını inkar edir.

- Siz necə hesab edirsiniz, İsrail öz gücünü hiss edir və daha cəsarətli davranır? Yaxud beynəlxalq Fələstin dəstəyinə qarşı bir sui-qəsd həyata keçirilir?

– Heç şübhə yoxdur ki, Tramp administrasiyasının dəstəyi hesabına İsrail qeyri-qanuni siyasətini və təcrübəsini hyata keçirmək məsələsində cəsarətə gəlib. İsraillilər özlərini «qurban» qismində təqdim etməyə cəhd göstərirlər, amma təcavüzkar da, işğalçı da və zülmkar da elə İsrailin özüdür.

Rusiya mənbələrinin materialları əsasında hazırladı:
Mirzə AĞ

XƏBƏR LENTİ