ABŞ-dan türk diplomatının qətli ilə bağlı bəyanat:"Hücumu ən güclü şəkildə qınayırıq"

590 17-07-2019, 21:17 dunya

ABŞ-dan türk diplomatının qətli ilə bağlı bəyanat:"Hücumu ən güclü şəkildə qınayırıq"
İraqın Ərbil şəhərində Türkiyə Baş Konsulluğunun əməkdaşının qətlə yetirilməsi ABŞ tərəfindən də qınanılıb.

Xeberdar.net məlumat verir ki, hadisə ilə bağlı ABŞ-ın Türkiyədəki səfirliyi açıqlama yayıb.

Bildirilib ki, Amerika xalqı bu hadisədən dərindən kədərlənib: “Ərbildəki mənfur hücumda həyatını itirən Türkiyə Baş Konsulluğu əməkdaşının ailəsinə, yaxınları və həmkarlarına ən dərin kədərimizi bildirir, silahlı hücumu ən güclü şəkildə qınayırıq”.

Xatırladaq ki, Ərbildə restoranda nahar edən türk diplomat silahlı hücumla qətlə yetirilib, iki türk isə yaralanıb.


Xeberdar.net

XƏBƏR LENTİ