"Şirvanda toyda kütləvi zəhərlənmə"

826 19-07-2019, 22:24 cemiyyet / hadise / bolge / gundem

"Şirvanda toyda kütləvi zəhərlənmə"

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub. "Xəbərdar.net" "Todaynews.az" və "Qafqazinfo"-ya, istinadən xəbər verir ki, zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub.

Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ