Türkiyəli mütəxəssislər MiQ-29-un axtarışlarına cəlb olunub

748 31-07-2019, 19:11 cemiyyet

Türkiyəli mütəxəssislər MiQ-29-un axtarışlarına cəlb olunubQəzaya uğramış hərbi təyyarənin axtarışına türkiyəli mütəxəssislər cəlb edilib.

İyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

XƏBƏR LENTİ