Türk ekspert Ankara və Moskvanı bir gövdədə iki baş sayır:“TALEYİN ÖZÜ RUSİYA VƏ TÜRKİYƏNİ İTTİFAQ QURMAĞA VADAR EDİR” – Təhlil

756 1-08-2019, 15:03 siyaset

Türk ekspert Ankara və Moskvanı bir gövdədə iki baş sayır:“TALEYİN ÖZÜ RUSİYA VƏ TÜRKİYƏNİ İTTİFAQ QURMAĞA VADAR EDİR” – TəhlilBarış Cem Süvari

Yeni Mesaj (Türkiyə), 31.07.2019


Əlüstü qeyd edək ki, bu müdafiə silahı Rusiyanın deyil, məsələn, Çinin olsaydı, Türkiyə Qərbin basqısına heç cür dirənə bilməzdi. Deməli, Türkiyə Rusiya ilə saziş bağlamazdan əvvəl Çinlə danışıqlar aparırdı, amma ABŞ-ın basqısına tab gətirmədi. Çin də prinsipcə təkid etmirdi. Axı Türkiyə Çin üçün önəmlidir, amma strateji prioritet deyil.

Çin raketlərinə görə danışıqlar ABŞ-ın reaksiyasını yoxlamaq və ABŞ/Qərbin nə deyəcəyini görməyə hədəflənmişdisə, bu zaman məqsəd ta başdan Rusiya raketləri idisə, onda S-400-ün alqısı həm də Rusiyanın uğurudur.

Türkiyənin Rusiyadan S-400 almağı normal şəraitdə və Türkiyənin Qərbdən indiki asılılığında mümkünsüz görünürdü. Bu, NATO üzvü, iqtisadiyyat və siyasəti Qərbdən xeyli dərəcədə asılı olan bir ölkədir. Rusiya basqıdan boğlulan Türkiyəyə nə təklif edib? Ya da Rusiyanın da ciddi “basqısı” olubmu?

Rusiya Türkiyənin onun təyyarəsini məhv etməyinə və hətta Rusiya səfirinin qətlinə bəlli rekasiyasını niyə göstərməyib? Hansı şərtlər Rusiyanı tədbirli olmağa vadar edib?

Türkiyə Qərbdən qopur – bu, göz qabağındadır. Yaxşı, amma sadəcə qopur, ya onu Qərbdən Rusiya qoparır? Hadisələrə bu baxımdan da diqqət yetirin!

Qərb heç vaxt Türkiyənin dostu olmayıb və ola bilməz. Qərb Türkiyə ilə vuruşmuş və hətta indi də vuruşan blokdur. O, Atatürkdən məğlubiyyət dadmış tərəfdir.

Hətta Atatürkdən sonra Türkiyə vuruşduğu Qərbin quyruğundan yapışmağı imeprialist qəzəbini söndürməyib. 100 il əvvəlki kimi bu gün də Qərbin əsil simasını görən Türkiyə yeni axtarışlara çıxıb ki, bu da tamamilə təbiidir.

Türkiyə Qərb limanından sürətlə uzaqlaşır. Və budur, bu uzaqlaşma Rusiyaya NATO-nu parçalamaq, alyansın onu aldığı çənbəri yarmaq imkanı verir. Rusiya Türkiyəyə S-40 satmaq şapalağı ilə Ukraynanı da udmaq istəyən Qərbin çənbərini dəf edir.

Taleyin özü Rusiya və Türkiyəni ittifaq qurmağa vadar edir.

S-400-ün alqısı və istifadəsi bildirir ki, Rusiya Türkiyəni NATO üçün qapayır. Rusiya bu silahı bizə pulsuz da verə bilərdi.

Aralıq dənizinə, bölgədə təbii qazın kəşfiyyatına çıxışı olmayan ölkələrin müdaxiləsi yeni dünya savaşı riski yaradıb. Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) üçün çox gözəl imkan meydana çıxıb.

Türkiyə S-400-lərin bir bölümünü ŞKTC ərazisində yerləşdirərsə, Rusiya respublikanı tanıya bilər. ŞKTC-nin Rusiya tərəfindən tanınması onun başqa ölkələr tərəfindən də tanınmasına yol açar.

Rusiya ŞKTC-i tanısa və Türkiyənin yanında dursa, buindan savayı, Kürdüstan Fəhlə Partiyasını və ondan törəyənləri “terrorçu təşkilat” kimi dəyərləndirsə, onda Rusiya-Türkiyə ittifaqı ehtimalı artıq o qədər də zəif olmayacaq.

Şərqi Aralıq dənizi bölgəsinin təbii qazının Avropaya ötürülməsi hadisələrin Rusiya üçünn əlverişsiz inkişaf ssenarisidir. Rusiya bunu başa düşür. Avropa isə bu qazın köməyi ilə Rusiyanın təbii qazından indiki asılılığa son qoymaq istəyir. Bunu ABŞ da dəstəkləyir.

AB və ABŞ Aralıq dənizində birgə, Türkiyə isə hələlik təkbaşına hərəkət edir. Türkiyə S-400-ü alandan sonra Rusiyanın dəstəyini əldə etsə, güc balansı dəyişər.

Türkiyə də, Rusiya da öz vahimələrindən azad olmalıdır. Qərb Türkiyə və Rusiyanın rahatlığını pozmaq istəyir, istəyir ki, Türkiyə Rusiyanı da öz təhlükəsizliyinə təhlükə saysın. Qərbin bəlli iki cəhdinə baxmayaraq, Türkiyə və Rusiyanın münasibətləri korlanmayıb.

İki ölkə bundan sonra da bu ruhda davam edərsə, onları çox gözəl gələcək gözləyir. Rusiya və Türkiyə sanki bir gövdədə iki başdır. Heç bir halda unutmaq gərək deyil ki, bu iki baş bir bədənlə biləşdirilib.

Qərb iki baş arasına çiv vurmağa nail olarkən qalan dünyanı istismar etmək yönündə öz hədəflərinə yetə bilib. İndi daha belə imkanları verməli olmayacaq hadisələr baş verir.

Türkiyə bir zamanlar (XX yüzilliyin 20-30-cu illərində-tərc.) Rusiyanın yardımı ilə fabirk və zavodlar düzəldib. Türkiyə yenə də Rusiyanın dəstəyi ilə müstəqillik uğrunda Qərbə qarşı mübarizə aparıb. Türkiyə indi yenə də Rusiyanın yardımı ilə müdafiə silahlarının yiyəsi ola bilər. Amma biz müstəqil ölkə olmalıyıq.

Biz öz müdafiə sənayemizi qurmalıyıq. Özümüzün iqtisadi strategiyamızı yürütməliyik. Və ilkin mədəni və dini kodlarımıza dönməliyik. ABŞ sələfi hərəkatlar üzərindən müsəlman dünyasında iştirakı sürdürür.

Türkyənin iki zəif yeri var. Bunun biri iqtisadiyyat, o biri isə etnik-dini parçalanma riskidir. Türkiyə bu iki problemi həll etməyə yol verən anlama və ağıl əldə edəndə əvvəlcə bölgəsəl, sonradan isə fövqəldövlət də olar.

Ümid edirəm ki, Rusiya raketlərini almaq qərarı qəbul edən ağıl bu haqda da düşünməyə başlayar. Türklər müsəlman xalqdır, belə də qalmalıdır. Bunu tarix, strategiya, həqiqət tələb edir.

Problem bundan ibarətdir ki, bu islam necə olmalıdır?

Yəqin ki, ABŞ və Böyük Britaniyanın layihəsi olan islam deyil. Dövlətlə vuruşan islam Pentaqon və Kraliçanın islamıdır. Türkiyə özünü iç və xarici təhlükələrdən qorumaq üçün mümkün hər bir tədbiri görməlidir.

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ