Rusiya MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək

639 8-08-2019, 15:33 cemiyyet

Rusiya MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcəkRusiyanın Xəzər dənizi filotiliyası qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.

APA-nın xəbərinə görə, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.

Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq.

Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

XƏBƏR LENTİ