BMT yeni dəhşətli silahla bağlı həyəcan təbili çalır- Bu silahı hansı ölkələr hazırlayır?

BMT yeni dəhşətli silahla bağlı həyəcan təbili çalır- Bu silahı hansı ölkələr hazırlayır?BMT yeni dəhşətli silah növünün – ultramanevrli hipersəsli uçan aparatların yayılacağından narahatdır. ABŞ, Çin və Rusiyanın fəal şəkildə hazırladıqları və sınaqdan keçirdikləri bu aparatların beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olacağı bildirilir.

Təşkilatın ekspertləri bu silah növü ilə bağlı hazırladıqları hesabatda raket tipli bu təhlükəli aparatların hazırlanmasını güclü dövlətlər arasında silahlanma yarışının yeni mərhələsi kimi qiymətləndirirlər. Onlar qeyd edirlər ki, ultramanevrli hipersəsli planlayan aparatların tətbiqi məsələsinə də aydınlıq gətirilməyib. “Raket başlıqlarının xarakterinin (onlar nüvə və adi başlıqlar ola bilər), habelə potensial hədəflərin gizli saxlanılması göstərir ki, ən yüksək sürətə malik olacaq bu aparatların böyük təhlükə mənbəyi olacağını göstərir”, -deyə hesabatda vurğulanır. Müəlliflər onlardan nüvə zərbələri üçün istifadə olunacağı ehtimalının daha yüksək olduğunu da bildirirlər.

Digər tərəfdən, hesabatda yeni silah növünün beynəlxalq nəzarətdən kənarda olması da göstərilir. Qeyd olunur ki, hətta onların məhdud sayda yerləşdirilməsi, sınaqlarının keçirilməsi də atom silahları üzrə balansı ciddi şəkildə poza bilər. BMT ekspertləri diqqətə çatdırıblar ki, ABŞ-da bu cür aparatların hazırlanması üzrə bir neçə proqram həyata keçirilir.

Ultramanevrli hipersəsli uçan aparatlar üzərində işlər hələ 1980-cı illərdə Sovet İttifaqında aparılıb. Onun bugünkü variantı olan “Avanqard” raket kompleksi isə, Rusiya Prezidenti V. Putinin bildirdiyinə görə, 2019-cu ilin sonunda istismara buraxılacaq. Artıq Çində hipersürətli raketlərin doqquz sınağı keçirilib və onlardan altısı uğurlu olub. Fransa, Yaponiya və Hindistan da bu silah növünə böyük maraq göstərirlər.

Hesabata ön söz yazan BMT baş katibinin müavini İzumi Nakamitsu bildirib ki, bu silahların hazırlanması və sınaqları, habelə gələcəkdə istifadəsi təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, hipersürətli silahların yayılması onsuz da nəzarətdən çıxmış silahlanma prosesini daha da qorxunc hala gətirəcək(azərtac).

BMT yeni dəhşətli silahla bağlı həyəcan təbili çalır- Bu silahı hansı ölkələr hazırlayır?

  • 17-08-2019, 11:33
  • 156


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI