Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...

605 21-08-2019, 13:46 dunya

Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...Ermənistanın Müdafiə Nazirliyi rəhbərliyində yeni həbslər həyata keçirilib.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, buna səbəb Müdafiə Nazirliyi rəhbərliyinin ciddi korrupsiya faktına yol verməsi ilə bağlıdır. Belə ki, Müdafiə Nazirliyində aparılan araşdırmalar nəticəsində bəlli olub ki, nazirlik ordunun ehtiyaclarını qarşılamaq üçün təchizatçı şirkətlə cinayət əlaqəsinə girərik büdcədən milyonlarla dollar vəsaitin mənimsənilməsinə nail olub. Nəticədə, ordunun lazımi keyfiyyətlə təchizatı həyata keçirilməyib, habelə, rəqəmlərin şişirdilməsi nəticəsində alınan məhsullara bazar qiymətindən bir neçə dəfə çox vəsait ayrılıb. Təchizatçı şirkət nümayəndələrinin də həbs edildiyi bildirilir.

Mütəxəssislər hesab edir ki, David Tonoyanın rəhbərlik etdiyi nazirlikdə belə bir faktın baş verməsi və bunun ictimaiyyiləşməsi Paşinyan hakimiyyətinin xalq arasındfakı nüfuzunu daha da aşağı salmaqla yanaşı, onun üçün yeni problemlərə səbəb olacaq.



Seymur ƏLİYEV

XƏBƏR LENTİ