AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşına yüksək vəzifə verildi

AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşına yüksək vəzifə verildiDaxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

APA-nın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin katibliyinin rəisi, polis polkovniki Kamil Abbasov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Vüsal Məmmədov təyinat alıb.

V.Eyvazovun digər əmri ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi Akif Alışanov (Qorçubəyli) tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.

Qeyd edək ki, A.Alışanov AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır. Akif Alışanov bir müddət əvvəl soyadını dəyişdirib.

Xeberdar.net

AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşına yüksək vəzifə verildi

  • 24-08-2019, 11:44
  • 151


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. “Bəyaz Diş” klinikasında dişi bəyazlaşdırırlar bəs... – Ruslan Əliyev haqqında cinayət işi nə üçün açılıbmış?
  3. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  4. Sabahın hava proqnozu açıqlanıb
  5. Ümid Partiyası “21 Azər” Hərəkatının 74-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik etdi
  6. NATO-da Türkiyəyə etimad problemi yaranıb –Nə baş verəcək?
  7. Əri həbsdə olan qadın iki azyaşlı körpəsini ataraq evdən qaçıb
  8. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri bəyanat yayıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI