Bakı polisi jurnalistin döyülməsi ilə bağlı məlumat yaydı:"Hadisənin araşdırılmasına göstəriş verilib"

1 042 26-08-2019, 12:14 hadise

Bakı polisi jurnalistin döyülməsi ilə bağlı məlumat yaydı:"Hadisənin araşdırılmasına göstəriş verilib"“Jurnalist Zülfüqar Xeyirxəbərin fiziki təzyiqə məruz qalması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi məlumatlıdır”.

Xeberdar.net Strateq.az-a istinadən xəbər verir ki, bunu BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, faktın araşdırılması ilə müvafiq göstərişlər verilib: “Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli “Daewoo” markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.

xeberdar.net

XƏBƏR LENTİ