Çeçenistanda Avropanın ən böyük məscidi açıldı-Video -

Çeçenistanda Avropanın ən böyük məscidi açıldı-Video -Allah təalə məscidlərin şənini ucaldıb Özünə məxsus etmiş və onları abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirənlərə aid etmişdir: "Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan baçqa heç kəsdən qorxmayanlar abadlaşdırır. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar". (ət-Tövbə, 18) Həmçinin orada ibadət etməyə mane olmağı zülm hesab etmiş və bunu edənlərə əzab və rüsvayçılıq vəd etmişdir:
"Allahın məscidlərində - orada Onun adının zikr olunmasına mane olan və onların xarab olmasına səy göstərən kəsdən daha zalım kim ola bilər? Əslində onların oraya [məscidlərə] qorxa-qorxa daxil olmaları gərək idi. Onlar üçün dünyada rüsvayçılıq, Axirətdə isə böyük bir əzab vardır". (əl-Bəqərə, 114)
Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi dünyanın ən böyük məscidlərindən biridir. Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v)in qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir. Məscidin 10 minarəsinin hər biri 105 metr hündürlükdədir.
Nəbəvi sözü ərəbcədən "peyğəmbərə aid" anlamına gəlir. Beləliklə, mənası Peyğəmbər Məscidi'dir. Məsciddə eyni anda 650.000 insan ibadət edə bilər.
23 avqust 2019-cu il tarixində, Cümə günü Çeçinistan Respublikasının Şali rayonunda Prezident Ramzan Kadırovun təşəbbüsü və şəxsən nəzarəti altında Həzrəti Peyğəmbərimiz Məhəmməd(s.ə.v)in adını daşıyan, Avropanın ən böyük məscidinin açılışı olub. Burada həmçinin Quran dərslərinin keçiriləcəyi məktəbin də açılışı olub.
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı-Video -
Açılış mərasimində bir çox xarici və yerli qonaqların iştirakı ilə baş tutan tədbir Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümünə təsadüf edirdi. Tədbirdə müsəlman ölkələrindən gələn qonaqlar, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Aleksander Matovnikov, Şimali Qafqaz üzrə nazir Sergey Çebotaryev və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Tikintisi 7 il davam edən məscidin içində 30 min nəfərdən çox, ətrafında yerləşən ərazidə isə 70 minədən çox, beləliklə eyni anda təxminən 110 min nəfər insanın bir arada ibadət etməsi mümkündür. Məscidin memarı özbəkistanlı Abdulxakkar Turdiyevdir. Məscidə döşənmiş xalçalar Türkiyə şirkəti tərəfindən istühsal edilmiş, məscidinin fasadı Yunanıstanın Tasos adasından gətirilən xüsusi ağ mərmərlə işlənilib və binanın tərtibatında qızıldan və əllə çəkilmiş naxışlardan istifadə olunub. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin Çeçenistan sakinlərini və dünya müsəlmanlarını Avropanın ən böyük məscidinin açılması münasibətilə təbrik edib. “Xeberfakt” İA-nin Şimali Qafqaz üzrə büro rəhbəri, Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresinin” mətbuat xidmətinin rəhbəri Elçin Şükürün açılış mərasimindən hazırladığı materiallarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin Çeçenistan prezidenti Ramazan Kadırov ilə isti dostluq münasibətləri aydın görülməkdədir.
Çeçenistanda Avropanın ən böyük məscidi açıldı-Video -

Hazırladı: Elçin ŞÜKÜR
Şimali Qafqaz üzrə Büro rəhbəri

Çeçenistanda Avropanın ən böyük məscidi açıldı-Video -

  • 27-08-2019, 15:17
  • 140


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI