Ümid Partiyası hakimiyyətə çağırış etdi

1 123 27-08-2019, 19:23 siyaset / gundem

Ümid Partiyası hakimiyyətə çağırış etdi

Ümid Partiyasının Şəki rayon təşkilatının üzvü, jurnalist, sosial şəbəkə fəalı Eldar Abdullayev avqustun 16-də “polisə müqavimət” adı ilə inzibati xətalar məcəlləsi üzrə ittiham edilərək məhkəmə qərarı ilə 10 sutka həbs edilib.

Ümid Partiyasının Şəki rayon təşkilatının üzvü Eldar Abdullayevin həbsi azad fikrə, azad sözə dözümsüzlüyün nümunəsidir. Eldar Abdullayev sosial şəbəkələrdə mütəmadi olaraq Şəkidə baş verən neqativ hadisələrlə bağlı cəmiyyəti məlumatlandırırdı.
Hesab edirik ki, Azərbaycan iqtidarı dəfələrlə sosial şəbəkələrdə mövqe ifadə edən şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq güya məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçir və müxtəlif sutkalarla həbsə atır. Bütün bunlar onun göstəricisidir ki, xalqın narazılığının nədən ibarət olmasını araşdırmaq əvəzinə danışan dilləri susdurmaq istəyirlər.
Sona qədər hüquqları pozulan vətəndaşlarımızın, o cümlədən də partiyadaşlarımızın yanındayıq. Bir partiya olaraq Eldar Abdullayevin hansı əsaslarla həbs olunması ilə bağlı məhkəmə qətnamələrini alaraq, işi sona qədər araşdırıb günahkarların cəzalandırılması istiqamətində öz işimizi davam etdirəcəyik. Bu kimi hallar Avropa birliyinin, Avropa Şurasının üzvü və onunla əməkdaşlıq edən ölkə kimi sonda Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı neqativ hesabatların da üzə çıxmasına səbəb olur.
Hakimiyyəti bütün bu əməllərdən çəkinməyə, insanların şərlənərək həbsə atılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq.

Ümid Partiyasının Mətbuat Xidməti

XƏBƏR LENTİ