İstirahət günlərində hava necə olacaq?- Nazirlik açıqlama

İstirahət günlərində hava necə olacaq?- Nazirlik açıqlamaİstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Sentyabrın 1-də gündüz bəzi rayonlarda yağışda fasilə olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-23, dağlıq rayonlarda 15-18 dərəcə isti təşkil edəcək.

Paytaxtda avqustun 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i günün ikinci yarısında və sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində qeyri-sabit, yağışlı hava şəraiti sentyabrın 1-i günün ikinci yarısınadək davam edəcək. Yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26, dağlıq rayonlarda 16-20 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i və sentyabrın 1-i gündüz saatlarında yağışda fasilə olacaq. Arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şətraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i axşam, sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-də günün ikinci yarısında və sentyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Xeberdar.net

İstirahət günlərində hava necə olacaq?- Nazirlik açıqlama

  • 31-08-2019, 10:30
  • 115


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  3. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  4. Nuru Paşanın yavəri...
  5. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
  6. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  7. VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI – “Toyuq-cücə də saxlayıram…” + FOTO
  8. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  9. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  10. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI