Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – Skandal

Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – SkandalAvqustun 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin Masallıda sahibkarlarla görüşü skandala səbəb olub.

Reportyor.info-ya məlumat verən iş adamlarının sözlərinə görə, rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda izdiham müşahidə edilib. S.Mehdiyev xeyli sayda sahibkarın növbəyə dayanaraq onunla görüşmək istəməsinə görə qəbulu yarımçıq qoyub. Masallıda cəmi 4 iş adamı onun qəbuluna düşə bilib və komitə sədri arxa qapıdan aradan çıxıb. Onlarla şikayətçi isə DGK sədri ilə görüş tələb etsə də, qəbulun yarımçıq dayandırılmasının səbəbi məsul şəxslər tərəfindən heç bir əsasla izah verilməyib. Sahibkarların əldə etdiyi məlumatda deyilir ki, S.Mehdiyev onun üçün Masallıda təşkil olunan ziyafətdən də narazı qalıb. Bu tədbirin təşkilatçılığının Bakı şəhər Baş Gömrük İdarəsində çalışan, Masallıda iş adamı Xudayar bəyin oğluna həvalə edildiyi bildirilir.

Lakin onun açdığı süfrədən narazılıq etmiş gömrük rəisi möhkəm qəzəblənib və rayonu tərk edib. Sahibkarların isə üzləşdiyi problemlərlə bağlı S.Mehdiyevə danışmaq arzusu ürəklərində qalıb.

Nihat

Reportyor.info

Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – Skandal

  • 31-08-2019, 17:26
  • 175


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!
  9. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  10. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI